Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Rabitəbankın yaranmasının 30 illiyi münasibətilə Rabitəbank daha bir sosial yönümlü xeyriyyə aksiyası həyata keçirdi. Bank, bu dəfə “KitabGəzər”-in təşkilati dəstəyi ilə Azərbaycanın müxtəlif bölgələrinin ucqar kənd məktəblərini ziyarət edərək, orada təhsil alan şagirdlər üçün kitabxana qurdu.
"Unikal" xəbər verir ki, bankın rəhbərliyi və əməkdaşları Xaçmaz, Saatlı, Füzuli, Neftçala, Cəlilabad, Lənkəran, Astara, Lerik, Yardımlı, Göygöl, Gədəbəy, Qazax, Ağstafa, Tovuz və Zaqatala rayonlarının 30 kənd məktəbində uşaqlarla görüş keçirərək, yeni qurulan kitabxana ilə onları tanış ediblər.
Görüşdə indiyə kimi ən çox kitab oxumuş məktəblilərə xüsusi hədiyyələr verildi və uşaqlarla maraqlı söhbət edilmişdir.
Qeyd edək ki, uşaqların yaş kateqoriyasına uyğun seçilmiş kitablardan ibarət yeni kitabxanaların qurulmasında bankın əsas məqsədlərindən biri uşaqlarda oxumağa qarşı olan sevgi və marağın artırılmasına, gələcəkdə böyük nailiyyətlər əldə edilməsinə sövq etməkdir.
Cəmiyyətimizdə təhsilin vacibliyinə önəm verən və hər zaman uşaqların gələcəyini düşünən Rabitəbankın bu cür xeyriyyə məqsədli sosial layihələrə gələcəkdə də dəstək olmağa davam etməyi planlaşdırılır.