Pakistan hökuməti İsveçdə Quranın yandırılması ilə bağlı islamafobiyanı pisləyən aksiyaların keçirilməsi üçün vaxt seçib.

"Unikal" TASS-a istinadən xəbər verir  ki, Pakistanın baş naziri Şahbaz Şərif iyulun 7-nin etiraz günü olacağını bildirib.

“Sülh və birgəyaşayış tərəfdarı olan bütün ölkələr və onların liderləri islamofobiya və dini xurafatla yoluxmuş şər qüvvələri özlərində saxlamalıdırlar. Dinə, inanclara və mənəvi ideologiyalara qarşı yönəlmiş ideyalar dünya sülhünün düşmənidir”, - Pakistan hökumətinin başçısı bildirib.

Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzindəki Medborjarplatsen meydanında Quranın yandırılması aksiyası keçirilib. Bunu yerli polisin icazəsi ilə İraqdan olan 37 yaşlı Salvan Momika adlı mühacir həyata keçirib. İslamın əsas dini bayramlarından biri - Qurban bayramında belə aksiyanın keçirilməsi müsəlman dövlətlərinin kəskin qınağına səbəb olub. Xüsusilə, İraq və İranda İsveçin respublikadakı səfirlikləri qarşısında etiraz aksiyaları başlayıb.