Türk Aerokosmik Sənayesi (TAS) dünyaca məşhur Avropa aviasiya şirkəti "Airbus A320" ailəsi üçün istehsal edilən "Sec18/19" gövdə hissəsini təqdim edib.
"Unikal" "CNN Türk"ə istinadən xəbər verir ki, şirkətdən verilən açıqlamaya görə, TAS beynəlxalq səviyyədə imzaladığı müqavilələr çərçivəsində yerli və milli qaynaqlarla istehsal etdiyi orijinal məhsulları ilə işlərini davam etdirir.

Airbus ilə əməkdaşlıq çərçivəsində TAS-ın Kahramankazan müəssisələrində keçirilən mərasimdə şirkətin ən tanınmış modellərindən olan "Airbus A320" üçün istehsal edilən "Sec18/19" gövdəsi təqdim edilib.