Azərbaycanın yeniyetmə güləşçisi Esra Məmmədli Macarıstanın Kaposvar şəhərində start götürən U-15 Avropa çempionatında finala yüksəlib.

"Unikal" xəbər verir ki, 46 kq-da çıxış edən idmançı ardıcıl olaraq xorvatiyalı Ayla Kadriyi, rumıniyalı Orsolya Sover, rusiyalı Polina Boçkareva və belaruslu Ella Sudkoya qalib gəlib. O, finalda macarıstanlı Mariya Jitovozla güləşəcək