"Ermənistanın qisası qaçılmazdır".

"Unikal" xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan feysbuk səhifəsində yazıb. 

Eks-nazir müavini bildirib ki, qələbə həmişə bu və ya digər döyüşlərdə qalib gəlmək demək deyil: "Bəzən yıxılandan sonra ayağa qalxmaq qələbədir. Təvazökar səslənməyin, amma 2018-ci ildə Siyasi quldurluğun hücumuna məruz qalan Respublika Partiyası ayağa qalxdıqdan sonra Ermənistan da ayağa qalxacaq".

O, həmçinin Baş nazir Nikol Paşinyanın hakimiyyətinin başa çatmaq üzrə olduğunu bildirib. 

Onu da deyək ki, bu, erməni tərəfinin ilk təxribatçı və sülh danışıqlarına mane olan açıqlaması deyil. 

Ağarza Elçinoğlu