Litva Belarusla sərhəddə birtərəfli qaydada sərhəd-keçid məntəqəsini bağlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Belarusun Sərhəd Komitəsi məlumat yayıb.

Məlumata görə, Medininkay keçid məntəqəsində insanların və nəqliyyat vasitələrinin qeydiyyatı dayandırılıb. Belarus hakimiyyəti bu qərarı sərhəddə vəziyyətin gərginləşməsi adlandırıb və yaranan tıxacda Litvanı günahlandırıb. 

Sərhəd Komitəsi sürücüləri alternativ yol seçməyə çağırıb.

Ağarza Elçinoğlu