Goranboy rayonunun Qızılhacılı qəsəbəsində 3 ha biçilməmiş və 2 ha biçilmiş taxıl sahəsi yanıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Ərazidə olan digər əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.