Agdaşda yaşayış evində yangın olub.

"Unikal" xəbər verir ki, yanğın rayonun S .Abdullayev küçəsində 1962-ci il təvəllüdlü Abdulkərimov İsmət Kərim oğluna məxsus yaşayış evində baş verib. Yanğın yerinə Ağdaş Yanğından Mühafizə Hissəsindən yangınsöndürən texnikalar və şəxsi heyət cəlb olunub.Yanğın zamanı ümumi sahəsi 180 kv/m olan fərdi yaşayış evinin çardaq hissəsi və otaqların tavan hissəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın zamanı xəsarət alan olmayıb.

Seymur Əli