İndoneziyanın Bali adasında Rusiya Federasiyası vətəndaşlarına giriş qadağan edilib.

"Unikal" xəbər verir ki, bu  barədə ölkə mətbuatı məlumat yayıb. 

Bildirilir ki, əksəriyyəti rus olan cəmi 566 əcnəbiyə 2023-cü ilin birinci yarısında Bali immiqrasiya orqanları tərəfindən İndoneziyaya giriş qadağan edilib. 

Məlumata görə,  ruslar yaşayış icazələrinə uyğun gəlməyən fəaliyyətdə şübhəli bilinirlər.