Balakəndə avtomobil yanıb.

"Unikal" xəbər verir ki, hadisə Balakən şəhər Səttar Gözəlov küçəsində baş verib. Belə ki, 1965-ci il təvəllüdlü Ukalayev Rafiq Əmirxan oğluna məxsus "Hyundai Accent" markalı minik avtomobilində yanğın baş verib. Yanğın yerinə Yanğından Mühafizə Hissəsindən yanğınsöndürən texnika və şəxsi heyət cəlb olunub. Yanğın zamanı avtomobilin yanar konstruksiyaları tamamilə yanıb.

Avtomobilin sahibi Rafiq Əmirxan oğlu yanıq xəsarətləri alaraq Balakən rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Seymur Əli