SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası həftəlik işinə Lerik rayonundan başlayıb.

"Unikal"ın məlumatına görə, rayonun Kornədi kəndində təşkil edilən “Səyyar qəbul otağı”na Almu kəndinin sakinləri də qatılıb. Aksiyada ünvanlanan 6 müraciət hər iki kəndin sakinləri adından səsləndirilib. Kənd sakinlərinin isə yeganə xahişi adıçəkilən kəndlərin mavi yanacaqla təchiz edilməsi olub.

Görüş zamanı Lənkəran RQİİ-nin rəhbər şəxsləri kənd camaatının müraciətlərinin aidiyyəti üzrə yönləndiriləcəyini bildiriblər.