Cəlilabad rayonu Günəşli kənd sakini, Vətən müharibəsi qazisi İlham Dadaşov vəfat edib.

"Unikal" xəbər verir ki, ehtiyatda olan kapitan uzun sürən xəstəlikdən dünyasını dəyişib.

İ.Dadaşov Vətən müharibəsi zamanı göstərdiyi igidliyə, şücaətə və qəhrəmanlığa, eləcə də döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə "Cəsur döyüşçü", "Vətən uğrunda" və digər medallarla təltif edilib.

Mərhum ailəli idi, iki övladı var.