Fövqəladə Hallar Nazirliyi Mehdiabadda mağazada baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən "Unikal"a bildirilib ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 2240 m² olan üçmərtəbəli mansarda tipli tikilinin (müxtəlif təyinatlı obyektlər fəaliyyət göstərir) 1-ci mərtəbəsindəki marketdə tavan 10 m² sahədə, 6 ədəd məişət avadanlığı, bitişik ümumi sahəsi 40 m² olan dönərxananın yanar konstruksiyaları 20 m² sahədə, taxta konstruksiyalardan ibarət mansarda 110 m² sahədə və fasad üzlüyü 40 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
 

***11:53

Abşeron rayon Mehdiabad qəsəsəbində yanğın olub.

"Unikal"ın məlumatına görə, yanğın hadisəsi qəsəbə ərazisində yerləşən mağazalardan birində baş verib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Anar Kəlbiyev