Bakıda avtomobil ehtiyat hissələrinin satışı mağazasında yanğın olub.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 190 m² olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının sahəsi 12 m² olan anbarının yanar konstruksiyaları və içərisində avtomobil ehtiyat hissələri yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.