Türkiyəni Avropada görmək istəmirlər və Ankara bu məsələdə çəhrayı eynək taxmasın.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

"Türkiyə Qərbə yönələ bilər, biz bilirik ki, Türkiyə Cümhuriyyətinin tarixində Qərbə istiqamətlənmənin intensiv olduğu dövrlər də olub, daha az intensivlik dövrləri də olub. Amma biz onu da bilirik ki, heç kim Türkiyəni Avropada görmək istəmir, mən avropalıları nəzərdə tuturam. Burada türk həmkarlarımız da çəhrayı eynək taxmasınlar, biz hər şeyi onların adı ilə çağırmalıyıq", - Peskov qeyd edib. 

Rusiya Federasiyası ilə Türkiyə arasında əməkdaşlığı şərh edən Kreml sözçüsü bildirib ki, Moskva ilə Ankara arasında fikir ayrılıqları var, lakin münasibətlərin hər iki ölkənin maraqlarına uyğun olan hissəsi də var və Moskva dialoqu inkişaf etdirmək niyyətindədir.

Ağarza Elçinoğlu