Onurğa və oynaq sistemlərində probleminiz varsa dr. Nəbiev Nizami sizin həkiminizdir. Fizioterapiya sahəsində çoxillik təcrübəsi və dərin biliyi onu bu tibb elmində Azərbaycanın ən hörmətli və tanınmış həkimlərdən biri kimi tanıdıb.

"Unikal" xəbər verir ki, doktor Nizami Nəbiyev Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirmiş və 1998 –ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1986-cı ildən Respublika Respublika əlillərin ekspertiza və reabilitasiya dispanserində həkim, daha sonra şöbə müdiri olub. 1988-ci ildən 2022-ci ilə qədər Elmi Tədqiqat Müalicə və Reabilitasiya İnstitutunda (əvvəllər “Kirovski” kimi tanınan) elmi işçi, şöbə müdiri və baş həkim vəzifələrində çalışmışdır. Fəaliyyəti dövründə doktor Nəbiyev 30-dan çox elmi məqalənin, o cümlədən üç metodik tövsiyə və üç səmərəli təklifin müəllifidir. Səriştə, bilik və təcrübəsi ona müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən Vyana, Lissabon, İstanbul, Sankt-Peterburq və d. şəhərlərdə keçirilən konfranslarda iştirak etmək imkanı yaradıb.

Dr.Nəbiyevin ixtisaslaşdığı əsas müalicə sahələri –  skolioz, kifoz, osteoxondroz, spondilolistez, fəqərəarası disklərin yırtıqları kimi onurğa patologiyaları, həmçinin insult və diabetik neyropatiyaların qalıq təsirləridir.

Tanınmış həkimin təklif etdiyi müalicə İngiltərə və Almaniyadan gətirilən müasir avadanlıqlarla aparılır. Onun metodlarına elektroterapiya (müalica prosedurları – elektroterapiya (elektroforez, interferensterapiya, amplipuls, TENS), ultrasəslə terapiya (fonoforez), maqnitoterapiya, lazeroterapiya, apparatla onurga dartmasi (kompüter), isıq terapiyası (Sollyüks), naftalan va parafinlə müalicə kimi prosedurlar daxildir.
Peşəkarlığı, dərin biliyi və çoxillik təcrübəsi ona yüksək keyfiyyətli müalicə aparmağa və müsbət nəticələr əldə etməyə şərait yaradır. Sağlamlığınız üçün əmniyyətli köməyə və qayğıya ehtiyacınız varsa çekinməyin, dr.Nəbiyevlə əlaqə saxlayın.

Dr. Nizami Nəbiyev pasiyentlərini  N-Laz Tibb mərkəzində qəbul edir, yazılmaq üçün
☎ (+994) 50 2620566 ; (012) 514 22 64 əlaqə saxlayın.
Instagram – @nlaz_clinic
Fb – @N-Laz klinika
TikTok – @nlaz.klinika    
Ünvan: Bakı, Əlicabbar Orucəliyev küç., 11A ( Nərimanov metrosu ilə üzbəüz).