Albaniyanın “Egnatia” klubuna keçən azərbaycanlı futbolçu Vüsal İsgəndərli İrəvana yola düşüb.
“Unikal” xəbər verir ki, bu barədə o, İnstaqram hesabında paylaşım edib.
Qeyd edək ki, Vüsal İsgəndərlinin klubu Konfrans Liqasının 1-ci təsnifat mərhələsində sabah Ermənistan “Ararat”ı ilə qarşılaşacaq.