"Vaxt gələcək ki, ermənilərlə azərbaycanlılar sülh və əmin-amanlıq şəraitində yan-yana yaşaya biləcəklər, lakin bunun üçün etimadı artıran tədbirlər görülməli, Azərbaycan hökuməti bu məsələdə xoş niyyətlə danışıqlar aparmalı və bir az da səxavət göstərməlidir". 

"Unikal" xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik deyib. 

Rəsmi qeyd edib ki, hələ 2007-ci ildə Madrid prinsipləri əsasında danışıqlara razılıq verməklə Ermənistan artıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb: "Düzünü desəm, mənim həmsədrliyim dövründə həll yoluna getmək barədə razılıq əldə olunsa, vəziyyət Ermənistan üçün daha əlverişli olardı. Bu, müharibə və münaqişə yolu ilə baş verməməli idi. 

Əminəm ki, danışıqların gündəliyində status məsələsi var. Söhbət hazırda müstəqil status almaqdan getmir, Azərbaycanın tərkibində dinc və təhlükəsiz yaşamaq üçün Dağlıq Qarabağ əhalisinin hüquq və vəzifələri tanınmalıdır". 

Ağarza Elçinoğlu