Dövlət siyasətinin əsas məqsədi əhalinin təhlükəsizliyi və sağlamlığının təminidir. Son illər Azərbaycanda bütün sahələrin dinamik inkişafını hər birimiz öz həyatımızda görürük.

Bu inkişafın təməlində dayanan başlıca amillərdən biri də səhiyyə ilə bağlı qəbul olunmuş mühüm Dövlət proqramları və mövcud qanunvericilikdir. Həmin proqramlar və qanunlar əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması, icbari tibbi sığortanın tətbiqi sözügedən istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir. İyulun 11-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə nöhtərəm Prezidentimiz Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrlə bağlı fikirlərini səsləndirib. Bununla cənab Prezident bir daha bəyan edir ki Azərbaycan vətəndaşlarının sağlamlığının və həyatlarının qorunması Azərbaycan dövləti tərəfindən daim diqqət mərkəzində saxlanılır və dövlət hər zaman vətəndaşlarının qeydinə qalır. Həmçinin ölkə başçısı bildirib ki, ölkəmizin böyük hissəsinin rəsmi olaraq “yaşıl enerji” zonası elan edilməsi fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir və sözügedən hadisələrin təxribatçılarının hər biri mütləq şəkildə məsuliyyətə cəlb olunacaq. Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Vətəndaşlar qanuna tabe olmalıdırlar, polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil. Təbiətimiz məhv olunmamalı və insanların örüş, otlaq sahələri zəbt edilməməlidir. Bizim təbiətimiz məhv olunmamalıdır. Bir sözlə Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz və sağlamlığımız etibarlı əllərdədir.

Əhliman Əmiraslanov

Milli Məclisin Səhiyyə Komitəsinin sədri