Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il üçün maliyyə yardımının alınması barədə elan etdiyi“Heydər Əliyev İli” mövzusunda müsabiqənin qaliblərindən olub.

"Unikal" xəbər verir ki, layihənin əsas məqsədi Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini, rabitə, İKT və rəqəmsal texnologiyaların tətbiqində zamanı qabaqlamaq bacarığını, ötən əsrin 70-80-ci illərində imzaladığı qərarların verdiyi töhfələri gənc nəslə çatdırmaqdır.

Layihə çərçivəsində “Ümummilli lider Heydər Əliyevin İKT strategiyası” adlı 150-200 səhifəlik kitab nəşr edilərək texniki universitetlərdə, ictimai təşkilatlarda, kitabxanalarda, rabitə, İKT, rəqəmsal transformasiyaya aid təhsil müəssisələrində dərs vəsaiti kimi istifadə üçün paylanacaq.

Layihə çərçivəsində Bakı şəhərində tədbirlərin keçirilməsi də nəzərdə tutulur. Bu tədbirlərdə 100 nəfərin iştirakı ilə təqdimat keçiriləcək. Layihə 3 ay davam edəcək.

Layihənin rəhbəri Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri İctimai Birliyinin sədri Siruz Ababsəyli, redaktoru Əkbər Nəcəfdir.