“Ötən gün  Prezident tərəfindən çox haqlı iradlar səsləndirilib. Xüsusilə nazirliyin bəzi sahələrdə nəzarətinin lazımi formada aparılmaması ilə bağlı iradlar var idi.

"Unikal" xəbər verir ki, bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev keçirdiyi brifinqdə deyib.

"Cənab Prezidentin bütün tapşırıqları icra olunacaq. Biz çalışacağıq belə hallar olmasın”.