Gəncə şəhərində həyətyanı ərazidə ümumi sahəsi 15 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.
"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.