Kürdəmirdə 5 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb.

İki "VAZ-2107" markalı minik maşını toqquşub.

Nəticədə 5 nəfər müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.