Qaxda qəza olub, polis xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə gecə saatlarında rayonun Qax-Qoragan yolunda baş verib. Belə ki, rayonun Fıstıqlı kənd sakini Cumalıyev Mərdan Hüseyn oglu idarə etdiyi "VAZ 21099" markalı minik avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan həmkəndlisi Turqut Səmədovun idarə etdiyi traktorun qoşqusuna çırpılıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Mərdan Cumalıyev Qax rayom Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, minik avtomobilinin sürücüsü M. Cumalıyev polis əməkdaşıdır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumatı saytımıza təsdiqləyiblər və bildirilib ki, xəsarət alan polis nəfərinin həyati təhlükəsi yoxdur.

Seymur Əli