Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə, rayon sakini Sahib Əhmədov idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə şəhərin Nizami küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı, 1951-ci il təvəllüdlü Səfayə Abışovanı vurub. Hadisə zamanı ağır bədən xəsarətləri alan qadın təcili Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov