Oğuzda 51 yaşlı kişi özünü asıb.
"Unikal" xəbər verir ki, hadisə rayonunun Böyük Söyüdlü kəndində baş verib.
Kənd sakini, 1972-ci il təvəllüdlü Ceyhun Mikayıl oğlu Məmmədkərimov yaşadığı evdə özünü asaraq intihar edib.
Məlumata görə, 51 yaşlı C. Məmmədkərimov üç gün əvvəl oğluna toy mərasimi kecirib.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli