NATO bütün bəşəriyyətin varlığına təhlükədir.
"Unikal" xəbər verir ki, bu barədə BMT İnsan Hüquqları Şurasının keçmiş müstəqil eksperti Alfred de Zayas "Global Times"ə danışıb.
Onun sözlərinə görə, alyans 1997-ci ildə geosiyasi nəhəngə çevrilərək bütün dünyanı özünə tabe etməyə çalışan “cinayətkar təşkilat” adlandırılmağa layiqdir.
"Alyansın təkrarlanan təxribatları bir növ olaraq sağ qalmağımıza ən böyük təhlükə yaradır", - deyə Zayas ifadə edib.
BMT-nin keçmiş əməkdaşı qeyd edib ki, Haaqa və Cenevrə Konvensiyalarının pozulmasına dair çoxsaylı sənədli sübutlar sayəsində NATO generalları müvafiq yurisdiksiyaya malik istənilən tribunal tərəfindən mühakimə oluna bilər.
Gülayə Mecid