Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə TRT Türkiyə XİN-ə istinadən məlumat yayıb.
Telefon danışığı zamanı taxıl sazişi ilə bağlı vəziyyət müzakirə olunub.
Qeyd edək ki, Rusiya bu gün taxıl sazişində iştirakını dayandırıb.