Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin eksperti, 85 yaşlı hüquq elmləri doktoru Vitali Kvaşis intihar edib.

“Unikal” Rusiya mediasına istinadən xəbər verir ki, Kvaşisin meyiti iyulun 17-də öz mənzilində aşkar edilib. Onun meyiti tapılmazdan 12 saat əvvəl öldüyü məlum olub. 
Kvaşis xəstəliyi səbəbindən ağrılarına görə “Makarov” tipli tapançadan atəş açaraq özünü öldürüb. 

Vitali Kvaşis SSRİ Rəyasət Heyəti sədrinin məsləhətçisi, Avropa Şurasının, Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin və BMT komitələrinin eksperti olub. O, eyni zamanda Rusiya Daxili İşlər Nazirliyinin Ekspert Şurasının üzvü olub.

Nuranə Abbasova