Ukrayna ələ keçirdiyi Rusiya avadanlıqlarını müttəfiqləri ilə bölüşür.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər rusların istifadə etdiyi texniki bilikləri bununla öyrənir. 

Britaniya Müdafiə Qərargahının rəhbəri admiral Toni Radakin bildirib ki, Ukrayna tərəfindən ötürülən Rusiya hərbi texnikasının təfərrüatlı tədqiqi ilə məşğul olan bir qrup mütəxəssis var. 

İngilislər rus texnikasının necə işlədiyini, ona qarşı necə mübarizə apara biləcəyini, rus maşınlarının zirehini necə deşəcəyini, rus rabitəsini necə pozacağını araşdırılır. 

Ağarza Elçinoğlu