Moskvada Leninin məqbərəsini yandırmağa cəhd edən şəxs saxlanılıb. 

“Unikal” Rusiya mediasına istinadən xəbər verir ki, Konstantin adlı 37 yaşlı şəxs mavzoleyə "Molotov kokteyli" atıb. Lakin yandırıcı maddə hasara dəydiyindən yanğın baş verməyib. 

Konstantin bundan əvvəl də Qırmızı Meydanda iki şüşə benzinlə saxlanılmışdı. Lakin o, hər hansı inzibati xəta törətmədiyindən barəsində heç bir tədbir görülməmişdi. 

Nuranə Abbasova