İranın Bocnurd və Məşhəd şəhərlərində havanın həddən artıq çirklənməsi səbəbindən dövlət qurumlarının fəaliyyəti dayandırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Şimali Xorasanın böhranların idarə edilməsi üzrə rəhbəri Qulam Rıza Şefik bildirib. O qeyd edib: “Havanın çirkliliyinin 300 mikroqram/kubmetri keçməsi səbəbindən bu gündən etibarən Bocnurdda dövlət qurumlarının fəaliyyəti dayandırılacaq”.

Bundan əlavə, Məşhəd şəhərində də havanın çirklənməsi ilə əlaqədar dövlət müəssisələri və məktəblər bağlanıb.