ABŞ-ın Dyuk Universitetinin psixoloqları belə qənaətə gəliblər ki, antisosial davranışa meylli insanlar daha tez qocalır. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, alimlərin araşdırmasının nəticələri “International Journal of Environmental Research and Public Health” jurnalında nəşr olunub. 

Yeni Zelandiyada 1972-ci ilin aprelindən 1973-cü ilin martına qədər anadan olmuş 1037 iştirakçının daxil olduğu geniş tədqiqatın məlumatları təhlil olunub. Bütün iştirakçılar bir neçə dəfə tibbi və psixoloji müayinədən keçiblər.

Təhlil göstərib ki, antisosial davranışı olan iştirakçıların bioloji qocalma sürəti əhəmiyyətli dərəcədə sürətlənib. Bu insanlar 45 yaşına çatdıqda, antisosial davranış səviyyəsi aşağı olanlarla müqayisədə orta hesabla 4,3 bioloji yaş böyük olublar.

Antisosial davranış sosial normaları ardıcıl şəkildə pozan, başqalarının hüquqlarına məhəl qoymayan və çox vaxt empatiya və ya peşmançılıq hissi ilə əlaqələndirilən hərəkətlərə aiddir. Bunlar, məsələn, aldatma, təcavüz, oğurluq, zorakılıq, yalan və digər manipulyasiya və ya istismar davranışlarıdır.

Nuranə Abbasova