Almaniyanın xarici işlər naziri Annalena Berbok 2022-ci ildə stilistin xidmətlərinə təxminən 136,5 min avro xərcləyib. 

“Unikal” “Bild”ə istinadən xəbər verir ki, o, stilistinə aylıq 8,925 avro ödəyib. 

Ötən ilin statistikasına görə, 2023-cü ilin birinci yarısı üçün Almaniya kabinetinin vergi ödəyicilərinə tətbiq etdiyi bərbərlər, vizajistlər, kosmetoloqlar və fotoqrafların xidmətlərinə görə xərcləri təxminən 500 min avro təşkil edib.

Vəkil Kristian Hillqruberin sözlərinə görə, federal hökumətin bu cür xərcləmələri “hüquqi baxımdan şübhəli” və “siyasi baxımdan çirkindir” 

O, Almaniya hökumətinə "ictimai münasibətlərdə zahiri görünüşlərə az diqqət yetirməyi, forma və məzmuna daha çox diqqət yetirməyi" tövsiyə edib.

Nuranə Abbasova