Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, yağ və şəkərlə zəngin qidalar qəbul edən insanların yaddaşı daha zəifdir. 

“Unikal” xəbər verir ki, tədqiqatların nəticələrinə görə, yağ və şəkərlə zəngin qidaların həddindən artıq istehlakı hipokampusa mənfi təsir göstərə bilər. Bu da öz növbəsində yaddaş funksiyalarına təsir edə bilər.

Alimlər 340 iştirakçının iştirakı ilə onlayn araşdırma aparıblar. Onlardan müxtəlif tapşırıqları yerinə yetirmələri və gündəlik həyatla bağlı suallarla anket doldurmaları tələb olunub.

Nəticələr göstərib ki, yağ və şəkərlə zəngin qidaların daha çox istehlak edildiyini bildirən iştirakçılar bütün yaddaş tapşırıqlarını daha pis yerinə yetiriblər. 

Nuranə Abbasova