Fars körfəzi ölkələrində səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd bin Salmana Türkiyə istehsalı olan “Togg” elektrik avtomobili hədiyyə edib.

"Unikal" xəbər verir ki, Togg Türkiyədə yalnız elektrik mühərriki ilə istehsal edilən ilk avtomobildir.

Bu günə kimi Togg elektromobillərinin iki modeli yaradılmışdır ki, onlardan biri tam enerji ilə 300 kilometr, digəri isə 500 kilometr qət edə bilir. Avtomobilin akkumulyatoru 8 ilə qədər davam edə bilər.

Toggs-un kütləvi istehsalına ötən ilin oktyabrında başlanılıb. Türklər ildə 100 minə yaxın elektromobil istehsal etmək istəyirlər.

Onun qiyməti mebeldən asılı olaraq 40-60 min dollar arasında dəyişir.

Ərdoğan “Əs-Salman” sarayında vəliəhdlə danışıqlar aparıb və görüşdən sonra həmin avtomobili Məhəmməd bin Salmana verib. Türkiyə prezidenti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin idarə etdiyi həmin avtomobillə otelə qayıdıb.