Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Belarusdakı vəziyyətlə bağlı hesabatı təsdiqləyib  və orada Aİ ölkələrini və qurumlarını Haaqa Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) həbs edilməsi üçün order verilməsini tələb etməyə çağırıb.

"Unikal" xəbər verir ki,  AP iddia edir ki, Minsk Ukraynada törədilən zərər və cinayətlərə, o cümlədən uşaqların müharibə zonasından qanunsuz çıxarılmasında rejimin roluna görə məsuliyyət daşıyır.

Avropa Parlamentinin hesabatında Belarusun siyasi və hərbi liderlərinin cinayət təqibinin başlanması üçün lazımi tədbirlərin görülməsinə çağırılır.

“ICC artıq Rusiya prezidenti Vladimir Putin və Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsinə orderlər versə də, Avropa Parlamentinin üzvləri Aleksandr Lukaşenkoya qarşı oxşar orderin verilməsini tələb edirlər”, - deyə məlumatda bildirilir.