Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan” və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.