Rusiya meşə yanğınlarının söndürülməsi üçün Türkiyəyə iki Be-200 amfibiya təyyarəsi göndərib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün iki Be-200ChS amfibiya təyyarəsi Türkiyəyə uçub.

“Rusiya Federasiyası Prezidentinin göstərişi və Türkiyə tərəfinin müraciətinə uyğun olaraq, Rusiyanın fövqəladə hallar idarəsinin iki amfibiya təyyarəsi Rostov-na-Donudakı Platov hava limanından Muğla və İzmir şəhərlərinə uçdu. Türkiyə Respublikası iri meşə yanğınlarının söndürülməsi ilə məşğuldur”, - Fövqəladə Hallar Nazirliyindən bildirilib