"İndiki mərhələdə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini cəza çəkməkdən azad etmək və ya ona möhlət vermək imkanı yoxdur".

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan İctimai Yayımının Birinci Kanalına müsahibəsində ədliyyə naziri Rati Breqadze bildirib.

“İndiki mərhələdə bizim səlahiyyətimiz çərçivəsində bu şəxsin nə cəza çəkməkdən azad edilməsi, nə də cəzanın təxirə salınması imkanları yoxdur”, - Breqadze mübadiləsinin mümkün olub-olmaması sualına cavab verib. Saakaşvilini Ukraynada Gürcüstanın axtardığı hər hansı cinayətkarla dəyişmək mümkündürmü?

Bu, Gürcüstan hakimiyyətinin eks-prezidentin Ukraynada cəza çəkməsinin hər hansı alternativ yolunu, məsələn, Kiyevin zəmanəti ilə çəkməsi imkanını istisna edir.

Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında eks-prezident gizli şəkildə Gürcüstana gəlsə də, saxlanılıb. 2022-ci ilin may ayında səhhəti pisləşdiyi üçün Tbilisidəki “Vivamed” özəl klinikasına aparılıb və bu günə kimi oradadır. Gürcüstan hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, Saakaşvili həbsdən çıxmaq üçün səhhətinin ağır olduğunu göstərir.

Ukrayna hakimiyyəti və avropalı siyasətçilər dəfələrlə Gürcüstan hakimiyyətini Saakaşvilini müalicə üçün azad etməyə çağırıblar. Həmçinin, tez-tez ölkə prezidenti Salome Zurabişviliyə keçmiş dövlət başçısını əfv etmək üçün çağırışlar edilir.