ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkilərdə qalib gələrsə, Ukraynaya kömək üçün Avropadan Amerikanın xərclərini ödəməyi tələb edəcəyinə söz verib.

"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb .

“Avropadan xahiş edəcəm ki, Ukraynaya göndərilən silah ehtiyatlarının bərpası xərclərini bizə ödəsin. Onlar bunu indi etməlidirlər, lakin ABŞ prezidenti Co Bayden çox zəifdir, ona hörmət edilmir”, - deyə Tramp bildirib.

O vurğulayıb ki, Vaşinqton Ukraynaya kömək üçün təxminən 200 milyard dollar xərcləyib və Avropa bu məbləğin yalnız kiçik bir hissəsidir.

Trampın sözlərinə görə, Bayden administrasiyası orduda təhlükəli vəziyyət yaradıb, ABŞ Silahlı Qüvvələrində könüllülər yoxdur, Bayden isə silah çatışmazlığından danışır.