Livanın paytaxtı Beyrutda yerləşən “MTV” televiziyasında yayımlanan “Zamandır” adlı siyasi diskussiya proqramında Livanın yüksək səviyyəli jurnalistlərindən olan Simon Abu Fadel və keçmiş ətraf mühit naziri Viham Vahab qonaq qismində iştirak ediblər.

"Unikal" xəbər verir ki, canlı yayımlanan verilişdə əvvəlcə bir-biri ilə şifahi mübahisə edən Fadel və Vahab daha sonra moderatorun bütün müdaxilələrinə baxmayaraq bir-birini dinləməyərək təhqir etməyə başlayıblar.

Vahabın Fadelə qələm atmasından sonra mübahisə qısa zamanda yumruq davasına çevrilib. Daha sonra studiyadakı bəzi qonaqlar duetin davasına qarışıb. Studiyadakı təhlükəsizlik qüvvələrinin müdaxiləsinə baxmayaraq səngiməyən dava televiziyadan kənarda da davam edib.

Davanın görüntüləri tezliklə Livan və ərəb dünyasında sosial şəbəkələrdə yayılıb.

Gülayə Mecid