Bakıda mopedlə avtomobil toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verib.

Belə ki, kuryer şirkətinin əməkdaşı olan moped sürücüsü yolun əks istiqamətinə çıxıb və geriyə dönmək istəyən "Mercedes" markalı avtomobillə toqquşub.

Murad İbrahimli