Bakının Səbail rayonunda iri gövdəli ağac aşıb. 

"Unikal"ın məlumatına görə, hadisə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının qarşısında baş verib. 

Aşan ağac elektrik dirəyini və 1 "Toyota Prado" markalı avtomobili zədələyib. 

Əraziyə polis əməkdaşları gəlib. 

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən "Unikal"a verilən məlumata görə, birliyinin əməkdaşları tərəfindən operativ olaraq müdaxilə edilib, aşan ağac ərazidən götürülüb.

Ağarza Elçinoğlu