Biləsuvar rayonunun Səmədabad kənd sakini 44 günlük Vətən müharibəsi qazisi İbadov Nizaməddin dünyasını dəyişib.
"Unikal"ın əldə etdiyi məlumata görə, 33 yaşlı qazi iyulun 21-də yaşadığı evin önündə özünü yandıraraq intihara cəhd edib.
Onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, İbadov Nizaməddin Hidayət oğlu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdi. 2 övladı var.
Ağarza Elçinoğlu