Avqust ayında keçiriləcək BRİKS sammitində Cənubi Afrika rəsmilərindən onu qəbul etməyi xahiş edən Fransa prezidenti Emmanuel Makron tədbirə dəvət almayıb.

"Unikal" xəbər verir ki, bu barədə yerli News24 portalı məlumat yayıb .

Nəşr yazır ki, Cənubi Afrika hakimiyyəti artıq Qlobal Cənub liderlərinə sammitə 70 dəvət göndərib.

“ ABŞ , İngiltərə və Fransa kimi Qərb ölkələri dəvət olunmayıb. Emmanuel Makron dəvət istəsə də, qəbul edilmətib.

İyunun 20-də Fransanın xarici işlər naziri Ketrin Kolonna təsdiqləyib ki, Fransa lideri 22-24 avqustda Yohannesburqda keçiriləcək növbəti BRİKS sammitinə ( Braziliya , Rusiya , Hindistan , Çin və Cənubi Afrika)  dəvət olunmaq istəyir .