Türkiyə və İran XİN başçıları arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan telefon danışığında İsveç və Danimarkada Qurani-Kərimin təhqir olunmasını qəti şəkildə pisləməklə yanaşı, ikitərəfli, regional və beynəlxalq sahədə iki ölkəni maraqlandıran ən mühüm məsələlər ətrafında müzakirələr aparıblar. 

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri yaxın vaxtlarda Tehrana səfəri barədə də məlumat verib.