İranın paytaxtı Tehranda 95 dövlət qurumunun elektrik enerjisi qənaət tədbirlərinə əməl etmədiyi üçün kəsilib.

"Unikal" xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-ya danışan Tehran Elektrik Paylayıcı Şirkətinin baş direktoru Kasım Şahabi mövzu ilə bağlı məlumat verib.

“Nazirlər Şurasının qərarına əsasən, banklar, dövlət idarələri və silahlı qüvvələr kimi qurumlar 2021-ci ilə nisbətən bu il iş vaxtı elektrik enerjisi istehlakını 30 faiz azaltmalıdırlar”, - deyə Şahabi bildirib. 

Bu qaydaya əməl etməyən qurumların yoxlanıldığını bildirən Şehabi, "Tehranda elektrik qənaət tədbirlərinə əməl etməyən 95 dövlət qurumunun elektrik enerjisi kəsildi" deyə qeyd edib.

Son 11 ilin ən isti günlərinin yaşandığı İranda ötən illə müqayisədə gündə 6 min meqavat daha çox elektrik enerjisi istehlak edildiyi bildirilir.

Elektrik istehlakının dünya ortalamasından yüksək olduğu İranda ötən ilin yay aylarında elektrik enerjisinin tez-tez kəsilməsi sənayeçilərin və ictimaiyyətin reaksiyasına səbəb olub.