İslam Əməkdaşlıq Təşkilatının (İƏT) katibliyi krallıqda Quranın təhqir olunması halları ilə əlaqədar İsveçin xüsusi elçisi statusunu dayandırmaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, müvafiq bəyanat bazar günü təşkilatın saytında dərc olunub.
“İƏT Katibliyi İsveçin təşkilatdakı xüsusi nümayəndəsi statusunun dayandırılması ilə bağlı qərarı barədə İsveç hökumətini məlumatlandırıb”, - məlumatda deyilir. Qeyd olunduğu kimi, İƏT-in icraedici orqanı növbədənkənar iclasdan sonra onun baş katibi Hissein Brahim Tahaya xüsusi səfir statusu da daxil olmaqla, “Qurani-Kərimin nüsxələrinin və digər islami dəyərlərin və simvolların təhqir olunduğu istənilən ölkə ilə katibliyi əlaqələndirən rəsmi çərçivəni nəzərdən keçirmək üçün mümkün addımları nəzərdən keçirməyi” tövsiyə edib.
İƏT-in baş katibi “Bəzi üzvlərin İslami müqəddəs məkanlara dəfələrlə edilən təcavüzlərə etiraz olaraq gördüyü tədbirləri alqışlayıb”, bəyanatda deyilir. O, təşkilat ölkələrini İsveç hakimiyyətinin hərəkətlərindən narazılıq nümayiş etdirmək üçün məqsədəuyğun hesab etdikləri tədbirləri görməyə çağırıb.