Almaniyanın müdafiə naziri Boris Pistorius İraq və İordaniyaya səfərlərini təhlükəsizliklə bağlı narahatlığını əsas gətirərək ləğv edib.

"Unikal" xəbər verir ki, İraqın paytaxtı Bağdadda İsveç səfirliyinə edilən hücumdan sonra Almaniyanın müdafiə naziri Boris Pistorius təhlükəsizliklə bağlı narahatlıqlarını əsas gətirərək İraq və İordaniyaya səfərlərini ləğv edib . Pistoriusun sözçüsü deyib ki, səfərlərin ləğvi həm də İraqda Danimarka QHT-yə qarşı zorakı etirazlara cavabdır. Önümüzdəki günlərdə növbəti etiraz aksiyaları riskinin Almaniya təhlükəsizlik qüvvələrini səfərin ləğvi ilə bağlı tövsiyələr verməyə sövq etdiyini qeyd edən sözçü bu səfərlərin daha gec, ola bilsin ki, ilin dördüncü rübündə baş tutacağını bildirib.